29 Avqust 2014 22:49
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO separatçılara dəstək vermək üçün Ukrayna torpaqlarına girən rus qoşunlarının peyk görüntülərini yayımlayıb.

Teleqraf.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, Rusiya daha əvvəl də gündəmə gələn bu iddiaları təkzib edir. NATO-da vəzifəli General-leytenant Niko Tax mindən artıq rus əsgərinin separatçı qüvvələrə kömək etmək üçün Ukrayna ərazisində fəaliyyət göstərdiyini açıqlayıb: “NATO hava hücumundan müdafiə silahları, top, tank və zirehli personal daşıyıcılar başda olmaqla Ukrayna torpaqlarında ruslara məxsus ordunu da aşkar edib. Peyk görüntüləri bu silahların Ukraynanın şərqində separatçılara dəstəklədiyini göstərir".

NATO rəsmisi Ukraynanın şərqindəki döyüşlərdə vəziyyətin hələ də Ukrayna lehinə olduğunu bildirib.

Samir


Müəllif: