Hindistanın Cammu Kəşmir əyalətində Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, ölkə mediası Mİ-17 helikopterinin yerə çırpılması nəticəsində göyərtədəki 7 nəfərin öldüyünü bildirib.
Onlardan 6-nın hərbçi, 1-nin isə mülki şəxs olduğu deyilib.
Qeyd edək ki, NDTV agentliyi helikopterin Pakistan tərəfindən vurulması ehtimalını rədd edir.
Qəzanın hansı səbəbdən baş verdiyi bəlli deyil.