Bəzi sakinlər Ukraynanın Mariupol vilayətini tərk etməyə başlayıb.
Teleqraf.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, bunun səbəbi vətəndaşların rus separatçılarının hücumlarından qorxuya düşmələridir.
Bu arada Ukraynanın Əlaqə Qrupu Belarusun paytaxtı Minsk şəhərində bu gündən etibarən görüşlər keçirməyi planlaşdırıb. Görüşlərdə Ukrayna, Rusiya və ATƏT-in nümayəndələri ilə yanaşı rus separatçılarının da nümayəndələri iştirak edəcək.
Xatırladaq ki, prezidentlər arasında ilk görüş 26 avqustda Minskdə baş tutub.
Samir