6 Mart 2019 14:20
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu il BMT-nin İnkişaf Proqramı (BMT İP) dünyanın üzləşdiyi problemlərə qarşı qeyri-ənənəvi və “yeni nəsil” həll yolları hazırlamaq üçün dünyanın ən geniş və ən sürətlə öyrənən qlobal akselerator laboratoriyası şəbəkəsinə start verir.

Teleqraf.com xəbər verir ki, bu məqsədlə BMT İP dünyanın 60 ölkəsində akselerator laboratoriyaları təsis edir.

Azərbaycan bu 60 ölkədən, eyni zamanda Müstəqil Dövlətlər Birliyi (MDB) və Avropa regionunun akselerator laboratoriyası olacaq 6 ölkə ofisi arasındadır. Bu ölkələrin hər birində BMT İP yeni növ istedadlar axtarır və yerli əhalidən ibarət yaradıcı şəxslər üçün möhtəşəm iş imkanı təklif edir.

Bu məqsədlə, BM TİP dünyanın 60 ölkəsində ümumi hesabla 180 yeni iş vakansiyası elan edib, onlardan üçü ən güclü namizədlərə BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisində işləmək imkanı qazandıracaq.

Vakansiyalar AccLab adlandırılacaq akselerator laboratoriyasında araşdırma üzrə rəhbər, eksperiment üzrə rəhbər və inkişaf problemlərinin həlli yollarının xəritələşdirilməsi üzrə rəhbər vəzifələri üzrədir. Maraqlanan şəxslər BMTİP-in elan etdiyi vakansiyalara 11 mart 2019-cu il tarixinədək müraciət etməklə Azərbaycanda milli inkişaf platformalarına töhfə vermək imkanı əldə edəcəklər.


Müəllif: Cavad

Oxşar xəbərlər