13 Mart 2019 15:57
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da aralarında məşhur şəxslərin də olduğu 50 nəfər övladlarının tanınmış universitetlərdə təhsil almasını təmin etmək üçün milyonlarla dollar rüşvət verməkdə ittiham olunur.

Teleqraf.com xəbər verir ki, rüşvət qalmaqalında adı çəkilənlər arasında iş adamları ilə yanaşı Hollivud ulduzaları Felikity Huffman və Lori Laughil də var.

Hesab olunur ki, Boston federal prokurorları ABŞ tarixində ən böyük saxtakarlığı üzə çıxara biliblər.

Prokurorlar valideynləri bir şirkətə 25 milyon dollar rüşvət verməkdə ittiham edirlər. Həmin şirkət müəllimlərə rüşvət verərək imtahana məşhurların övladlarının əvəzinə başqa şəxslərin girməsini təmin edib.

Prokurorlar araşdırmanı davam edir və bu sayın arta biləcəyini qeyd edirlər.

Saxta yolla məşhur universitetlərə daxil olan tələbələrin təhsilini davam edib-etməyəcəyinə isə universitet rəhbərliyi qərar verəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər