15 Mart 2019 11:49
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran üzrə futbol klublarının Super Liqa yarışlarının 22-ci həftəsində Güney Azərbaycanın “Traktor” (Təbriz) klubu Məşhəd təmsilçisi “Pədidə” ilə qarşılaşıb.

Teleqraf.com xəbər verir ki, oyun 1:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə sona çatıb.

“Traktor”a qələbə qazandıran yeganə qola oyunun 21-ci dəqiqəsində Antoni Stokes imza atıb.

Soyuq hava şəraitinə baxmayaraq, görüşdə 30 mindən çox “Traktor” tərəfdarı tamaşaçı qismində iştirak edib.

Bu nəticədən qonra Təbriz təmsilçisi 43 turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.


Müəllif: Mənsur Rəğbətoğlu