Ermənistanda LGBT (Lezbiyan, Gey, Biseksual, Transseksual) icmasının üzvlərinə qarşı törədilən cinayətlərin qarşısını alacaq heç bir hüquqi mexanizm yoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin 2018-ci il üçün insan haqları üzrə hesabatına bildirilib.
Hesabatda Ermənistanda LGBT icmasını müdafiə edəcək qanunların olmadığı bildirilib. Buna görə də, cinsi oriyentasiya və cinsi şəxsiyyət əsasında sosial ayrı-seçkilik həyatın bütün istiqamətlərində - məşğulluq, ailə münasibətləri, təhsil və səhiyyə xidmətlərinə özünü açıq formada göstərir.
Hesabatda “Transseksual insanlar xüsusilə də, fiziki və psixoloji zorakılıqlara qarşı müdafiəsizdirlər” ifadəsinə yer verilib.
Qeyd edək ki, keçən il LGBT icmasının üzvləri İrəvanda polis idarəsinə basqın ediblər. Məlumata görə, hadisəyə səbəb bir şəxsin şəhərdəki parklardan birində homoseksual kişiyə qarşı kobud davranışı olub.