Yeni Zelandiyada iki məscidə silahlı hücum nəticəsində qətlə yetirilənlərdən 6-sı Pakistan vətəndaşıdır. Bu ölkənin daha 3 vətəndaşı isə itkin düşmüş hesab edilir.
Bu barədə məlumatı jurnalistlərə Xarici İşlər Nazirliyinin nümayəndəsi Muxammad Fayzal verib.
O deyib ki, öldürülən Pakistan vətəndaşlarının adları məlumdur və Yeni Zelandiya hökuməti də bunu təsdiq edib.
Muxammad Fayzal bildirib ki, itkin düşmüş hesab edilən vətəndaşların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində müvafiq iş aparılır.
Son məlumata görə, terror aktı nəticəsində 50 nəfər həlak olub, 50-dən artıq insan isə xəstəxanaya yerləşdirilib.