ABŞ rəhbərliyi İsrailin yeni məskunlaşma yerlərinin inşa edilməsi üçün fələstinlilərə məxsus geniş bir ərazini nəzarətinə almasına sərt reaksiya verib.
Axar.az xəbər verir ki, ABŞ Dövlət Katibliyinin sözçüsü Cen Psaki İsrailin böyük bir sahəni öz ərazisi kimi elan etməsindən dərin narahatlıq hissi keçirdiklərini bildirib.
Uzun müddətdir buna qarşı olduqlarını qeyd edən Psaki İsrail hökumətini bu qərarı ləğv etməyə çağırıb.
Psaki bu addımların İsrailin fələstinlilərlə daimi status razılaşmasını müzakirə etmək istiqamətindəki hədəflərinə zidd olduğunu, müzakirə edilmiş məsələlərin də zədələnəcəyini vurğulayıb.