13 Aprel 2019 22:40
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin paytaxtı Londonda Ukraynanın səfirliyi yaxınlığında insident baş verib.

Teleqraf.com xəbər verir ki, səfirliyin avtomobilinə digər avtomobildən atəş açılıb. Hadisə yerinə dərhal polis qüvvələri cəlb edilib. Silahlı hücumdan sonra Ukrayna səfirliyinin binası nəzarətə götürülüb. Polisin Notting Hill yaxınlığında əməliyyata başladığı bildirilir.

Hücum zamanı Ukrayna səfirinin park edilmiş avtomobili hədəfə alınıb.

Hadisə zamanı ölən və yaralanan olmayıb.


Müəllif: Nahid

Oxşar xəbərlər