"Xəzərdə istinad düz xəttinin çəkilməsinə dair beş sahil ölkə - Qazaxıstan, Türkmənistan, İran, Azərbaycan və Rusiya arasında saziş layihəsi İşçi Qrupun iki-üç iclası ərzində ərsəyə gətirilə bilər".
Bu barədə xarici işlər naziri Beybit Atamkulov İşçi Qrupun paytaxt Nur-Sultanda keçirilən 2-ci iclasında bildirib.
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyadakı hövzənin delimitasiyası (bölüşdürülməsi) barədə müddəaları tam həcmdə həyata keçirmək baxımdan sözügedən sazişi ən qısa zamanda hazırlayıb imzalamağın zəruriliyini vurğulayan nazir Rusiya və İranın da Konvensiyanı ilin sonunadək imzalayacağına ümidvar olduğunu söyləyib.
“Xəzər beşliyi” arasındakı iqtisadi əməkdaşlıq barədə danışan XİN başçısı neft-qaz, nəqliyyat, turizm kimi sahələrdə müştərək layihələrin həyata keçirilməsi üçün əlverişli mühit yaratmaq üçün səyləri əlaqələndirmək, regionu beynəlxalq əhəmiyyətli nəqliyyat və logistika hubuna çevirmək məqsədi ilə sərbəst tranzit daşımalarını və sərbəst gəmiçiliyi təmin etmək kimi məsələləri önə sürüb: “Hazırda Xəzərdə əməkdaşlığın və müxtəlif fəaliyyətlərin müxtəlif məsələlərinə dair 10-dək beştərəfli saziş layihəsi hazırlıq mərhələsindədir. Qazaxıstan tərəfi də hərbi fəaliyyətlə bağlı etimad tədbirləri haqqında və Xəzər dənizinin dəniz mühitinin mühafizəsinə dair çərçivə Konvensiyasının katibliyi haqqında saziş layihələri hazırlanır”./report/