Ukrayna prezidenti Vladimir Zelenski Ali Radanı buraxmaq barədə fərman imzalayıb.
Teleqraf.com xəbər verir ki, müvafiq fərman imzalandığı gündən qüvvəyə minir.
Ali Radaya növbədənkənar seçkilər iyulun 21-nə təyin edilib.
Bununla yanaşı, dövlət başçısı Ali Radanın sədri Andrey Parubiyə mayın 22-də növbədənkənar iclas keçimək barədə tələbnamə göndərib. Həmin iclasda deputat seçkiləri barədə qanuna dəyişikliklər müzakirə olunacaq.
Bundan əvvəl ölkə prezidenti parlamenti erkən buraxacağını açıqlamışdı.