27 May 2019 15:40
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə dəhşətli soyğunun video-görüntüləri ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, hadisə Londonun şimalında Maida Vale səmtində baş verib.

Görüntüdə başdan-ayağa qədər qara geyinən soyğunçular Amir adlı zərgərlik məhsullarının satıldığı mağazalardan bayıra əli dolu çantalarla çıxırlar.

Mağazadan çıxdıqdan sonra sürətlə qaçmağa çalışan oğrular bayırda onları gözləyən motosikletlərin arxa oturacağına minərək hadisə yerindən uzaqlaşmağa çalışırlar. Oğruların bəzisi motosikletə minə bilmir.

Motosikletə minə bilməyən silahı soyğunçu ətrafdakı insanlar tərəfindən saxlanılıb, yerə yatırılaraq kəmərlə döyülürlər.

London polisi soyğunçuların ən azı 8 nəfər olduğunu, insanların saxladığı oğrunun tutulduğunu, əlavə olaraq iki soyğunçunun də yaxalandığını və digər oğruların tutulması üçün tədbirlər görüldüyünü bəyan edib.


Müəllif: Cavad