11 İyun 2019 12:48
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova Prezidenti İqor Dodon parlamentin buraxılması və növbədənkənar seçki keçirilməsinə dair fərmanı ləğv edib.

Teleqraf.com xəbər verir ki, prezident bunu Ali Təhlükəsizlik Şurasının iclasından sonra keçirdiyi brifinqdə bəyan edib.

Onun sözlərinə görə, Demokrat Partiyasının sədr müavini Pavel Filippin fərmanı konstitusiya normalarına uyğun deyil.

Qeyd edək ki, iyunun əvvəlindən etibarən Moldovada daxili siyasi vəziyyət yenidən gərginləşib. İyunun 9-da ölkənin Konstitusiya Məhkəməsi Demokrat Partiyasının sədr müavini Pavel Filippi müvəqqəti prezident təyin edib. Öz növbəsində Pavel Filipp parlamentin buraxılmasına və sentyabrın 6-na növbədənkənar seçki təyin edilməsinə dair fərman imzalayıb.

Moldova parlamenti isə Demokrat Partiyasını məhkəmə vasitəsilə hakimiyyəti mənimsəmək cəhdində ittiham edib.


Müəllif: Səxavət