22 İyun 2019 19:16
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın tualetində quraşdırılmış gizli kamera tapılıb.

Teleqraf.com xəbər verir ki, hadisə məşhur “Ceyms Bond” filminin növbəti çəkilişləri zamanı baş verib.

Film “Pinevood” studiyasında çəkilib. 2020-ci ildə göstərilməsi planlaşdırılan filminin çəkilişi davam etdiyi zaman qalmaqal baş verib.

Filmin çəkilişləri zamanı qadınlar üçün nəzərdə tutulan tualetdə gizli kamera aşkar edilib. Polisə dərhal xəbər verilib və 49 yaşlı şəxs həbs edilib.

Studiya hadisəyə dair yaydığı açıqlamada bu məsələni ciddiyə aldığını qeyd edib, xatırladıb ki, faktı polisə məhz studiya bildirib.

Polis isə elan edib ki, araşdırmalara başlanılıb.

Xatırladaq ki, bu həftə İngiltərə taxtının varisi Şahzadə Çarles studiyanı ziyarət edərək burada filmin baş qəhrəmanları ilə söhbət edib.


Müəllif: Cavad

Oxşar xəbərlər