Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbəri Kristina Laqardın səlahiyyətlərini birinci köməkçisi David Lipton icra edəcək.
Teleqraf.com xəbər verir ki, bu qərar Laqardın Avropa Mərkəzi Bankının (ECB) rəhbərliyinə namizəd verilməsindən sonra BVF-dəki postundan müvəqqəti çəkilməsi səbəbi ilə verilib.
Bu barədə BVF-nin idarə heyəti məlumat yayıb.