5 İyul 2019 11:02
2 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qafqazla bağlı Cenevrədə aparılan müzakirələrə alternativ ola bilməz”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin köməkçisi Qriqori Karasin deyib.

O, Gürcüstanla Abxaziya və Cənubi Osetiya məsələlərinə dair aparılan danışıqların alternativi olmadığını bildirib:

“Bizim başqa alternativlərimiz yoxdur. Cenevrə Gürcüstan, Abxaziya və Cənubi Osetiya nümayəndələrinin qarşılaşdığı yeganə formatdır, digər formatlar yoxdur. Ya Cenevrədə bir araya gəlin, ya da Silahlı Qüvvələrinizlə mübarizə aparın. Amma Cenevrə müzakirələri Cənubi Qafqazdakı mənfi situasiyanın aradan qaldırılması üçün ən yaxşı vasitədir”.

Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə dair Cenevrə müzakirələri 2008-ci ilin oktyabr ayından etibarən keçirilir. Başlıca məqsədlərin biri məsələlərin həllinə dair hərbi gücdən istifadə edilməsinin qarşısını alan sənədin imzalanmasıdır.

Rusiya Gürcüstanı qondarma Abxaziya və Cənubi Osetiya respublikaları ilə bu müqaviləni imzalamağa çağırır. Lakin bu qondarma respublikaların müstəqilliyini tanımayan rəsmi Tiflis bu sənədi imzalamaq istəmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər