Üç dəfə ayrı-ayrı dünya liderləri ilə görüşdə titrəyən Almaniya Kansleri Angela Merkelin analoji halla qarşılaşmaması üçün önləyici tədbir görülüb.
Teleqraf.com xəbər verir ki, Danimarka Baş naziri Mette Frederiksenin rəsmi qarşılanma mərasimində hər iki liderə oturacaq qoyulub.
Rəsmi qarşılanma mərasiminin oturacaqlarda izlənməsi diqqətdən yayınmayıb.
Merkelin 4-cü dəfə əsməcə problemi ilə üzləşməməsi üçün oturacaqdan vasitə kimi istifadə olunduğu güman edilir.
Qeyd edək ki, Angela Merkelin Berlində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü zamanı ilk dəfə titrədiyi kameraya düşmüşdü. İkinci dəfə bu hal yeni ədliyyə naziri Kristin Lambertin rəsmi şəkildə vəzifəyə başlaması ilə əlaqədar paytaxt Berlində keçirilən tədbirdə müşahidə olunmuşdu. Dünən isə Merkel Finlandiya baş nazirinin rəsmi qarşılanma mərasimində üçüncü dəfə titrəyib.