Təbrizin “Traktor-Azərbaycan” futbol klubu Türkiyənin Ərzurum şəhərinə təlim-məşq toplanışına yollanıb.
Teleqraf.com xəbər verir ki, klubun türkiyəli tərəfdarları komandanın məşqləri zamanı milli şüarlar yazılmış bannerlər nümayiş etdirib.
“Traktor-Azərbaycan” tərəfdarları məşq zaman “Təbriz-Bakı-Ərzurum – Biz hara, farslar hara” banneri və Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün görüntüsünü nümayiş etdiriblər.
Türkiyənin Ərzurum şəhəri və ətraf bölgələrdə çoxlu sayda Azərbaycan türkləri yaşayır. “Traktor” klubun Ərzurum bölgəsində çoxlu tərəfdarı var.
Qeyd edək ki, Güney Azərbaycanı İran çempionatında təmsil edən klubu hazırda türk baş məşqçi Mustafa Dənizli çalışdırır.
“Traktor” iyulun 10-dan Ərzurumun “Polat Resort” düşərgəsində 2 həftəlik təlim-məşq toplanışına başlayıb.
Fotoları təqdim edirik: