Feysbuk istifadəçilərini məxfi formada izləyir.
Teleqraf.com xəbər verir ki, bu şok bəyanatla ABŞ-ın cəmiyyət əleyhinə fəaliyyətini ifşa edərək ölkədən qaçan sistem analitiki Edvard Snouden bəyan edib.
Keçmişdə ABŞ-ın Milli Təhlükəsizlik Təşkilatının sistem analitiki olaraq işləyən Snouden Feysbukun istifadəçiləri gizli formada izlədiyini iddia edib. 36 yaşlı mütəxəssis bu kimi şirkətlərin istifadəçilərinə gizli güdmə və izləmələrə qarşı necə mübarizə aparmaq lazım olduğunu açıqlayacağını elan edib.
“Qarşıdakı həftələrdə Feysbuk, İnstaqram və Yutub-un sizi necə casus kimi izlədiklərini, haqqınızda nə qədər informasiyaya sahib olduğunu və bunun qarşısının hansı yolla almağın mümkünlüyünü açıqlayacağam”,-mütəxəssis bildirib.
Xatırladaq ki, 2013-cü ildə ABŞ-ın insanlar və cəmiyyət əleyhinə fəaliyyətini deşifrə edərək dünyaya səs salan Edvard Snouden heç bir şeyi təkbaşına etmədiyini, qəzetçilərlə birlikdə işləyərək insanlıq əleyhinə olan fəaliyyəti ifşa etdiyini bildirmişdi.