Bu ilin iyun ayında istefa vermiş Belarus daxiliişlər naziri İqor Şuneviçin yeni fotosu təəccüblə qarşılanıb.
Teleqraf.com xəbər verir ki, hazırda "Dinamo-Minsk" xokkey klubunun Müşahidə Şurasına rəhbərlik edən sabiq nazirin bığ və saqqal buraxdığı məlum olub.
Qeyd edək ki, 1967-ci il təvəllüdlü, milis general-leytenatı İqor Şuneviç 2012-ci ildən 2019-cu ilə qədər Belarus Daxili İşlər Nazirliyinə rəhbərlik edib.
Bu il iyunun 10-da onun istefa ərizəsini ölkə prezidenti Aleksandr Lukaşenko qəbul edib.