16 Avqust 2019 15:45
1 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Hatay şəhərində (Reyhanlı) 100-dən çox məzara zərər verilib.

Teleqraf.com xəbər verir ki, məzarların üzərinə yazılmış dini mesaj ölkədə ajiotaja səbəb olub.

Məzarların üzərinə “Biz İslam dövlətiyik”, “Yaxında gələcəyik” kimi ifadələr yazılıb.

Sakinlərin şikayətindən sonra olay yerinə gələn polis zərər verilən məzarlar barədə prokurorluq orqanlarını məlumatlandırıb.

Hadisə ilə əlaqədar istintaq davam edir.

Fotolar:


Müəllif: Mənsur Rəğbətoğlu