Ukrayna dövlət müstəqilliyinin 28-ci ildönümü münasibətilə ilk dəfə olaraq orta sinfə aid “Tsiklon-4” raketdaşıyıcısını sınaqdan keçirib.
Teleqraf.com xəbər verir ki, “Tsiklon-4” vasitəsilə peykləri hədəf nöqtəsinə buraxmaq mümkün olacaq. Sınaq uğurla həyata keçirilib, raketdaşıyıcısının bütün sistemləri normal işləyib.
Ukraynalı mütəxəssislər bundan sonra “Tsiklon-4M” yeni raketdaşıyıcısının modelinin hazırlıqlarına başlayacaq.