Suriya qoşunları avqustun 31-dən birtərəfli qaydada İdlib gərginliyin azaltma bölgəsində atəşi dayandıracaq.
Bu haqda Suriyada Düşmən tərəflərin barışığı üzrə Rusiya Mərkəzindən bildirilib.
Dəməşqin bu qərarı Türkiyə və Rusiya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin avqustun 27-də keçirdiyi görüşündən 3 gün sonraya təsadüf etməsi diqqət çəkir.
Son həftələrdə Rusiyanın dəstəyi ilə Əsəd rejimi İdlibin cənubunda hücumlara başlamışdı. Əsəd güclərinin irəliləyişi sonrası Türkiyənin Suriyadakı bəzi bazaları rejim qüvvələri tərəfindən mühasirəyə alınmışdı.