Baltikyanı ölkələrin və Polşanın Rusiyaya qarşı dayana bilməsi üçün birləşmələri vacibdir.
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqa çıxış edib.
Eyni zamanda o, NATO əsgərlərinin də “Riqa və Varşava üçün ölməyə hazır olduqlarına” inandığını bildirib:
“Onlar Koreyada, Vyetnamda, Əfqanıstanda, İraqda və bir çox yerdə ölürdülər, buna görə gələcəkdə fərqli olacağını düşünməyə heç bir səbəb görmürəm”.
“Polska Times”a verdiyi müsahibədə Vike-Freyberqa Rusiyanın imperiya ambisiyalarını gizlətməyə çalışmadığını söyləyib, buna görə də NATO, Latviya, Litva, Estoniya və Polşanı buna mane olamaq üçün mövcud vasitələrindən istifadə etməyə və “ən pis ssenari”yə hazır olmağa çağırıb.
“Əgər üç Baltikyanı ölkə və Polşa ortaq blok yaratsalar, Rusiyanın hücumunu dəf edə biləcəklərini istisna etmirəm”, – deyə siyasətçi vurğulayıb.