İraq prezidenti Fuad Məsum ölkənin ikinci böyük şəhəri olan Mosulun “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının paytaxtına çevrildiyini açıqlayıb.
Teleqraf.com-un “Habertürk”ə istinadən verdiyi xəbərə görə, prezident hər şeydən əvvəl bununla bağlı hərbi müdaxilənin vacibliyini bildirib: “İraqda mübarizə aparacaq əsgərə deyil, havadan müdaxiləyə ehtiyacımız var".
O deyib ki, eyni zamanda qaçqınlar üçün humanitar yardım da lazımdır.
Məsum İŞİD ilə Əl-Qaidəni müqayisə edərək qeyd edib ki, bənzər köklər olsalar da, İŞİD çox önəmli ehtiyatlara malikdir, nəzarət etdiyi sahələr böyükdür və onlar başqa ölkələrə yayılmasını qarşısına məqsəd qoyan bir İslam dövləti qurmağın hədəfindədirlər.
Təşkilatın lideri Əl-Bağdadinin Mosulda məsciddə moizə verdiyini təsdiq edən Məsum onun özünü geyim tərzinə görə ilk xəlifəyə bənzətdiyini, inanılmaz imkanlara və intihar ordusuna malik olduğunu söyləyib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.