Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı Rusiyanı əsas strateji tərəfdaş və müttəfiq adlandırıb.
Teleqraf.com xəbər verir ki, N.Paşinyan deyib:
“Rusiya bizim əsas strateji tərəfdaşımız və müttəfiqimizdir. Gürcüstan və İran isə bizim strateji qonşularımızdır”.
N.Paşinyan Ermənistanın “strateji əhəmiyyətli gündəliklə Avropa İttifaqı ilə tərəfdaşlığa hazırlaşdığını” da bildirib.
“Biz dostlarımız və müttəfiqlərimiz arasında fikir ayrılıqlarını narahatlıqla izləyirik. Bu gerçəklik bizi bəzi dostlarımızın və ya hətta bütün dostlarımızın yanlış anlaşılmaması təhlükəsi qarşısında qoyur. Biz digər ölkələrlə münasibətləri korlamadan bütün ölkələrlə tərəfdaşlıq münasibətlərində olmaq istəyirik”, – deyə Ermənistanın baş naziri deyib.
Qeyd edək ki, bundan öncə Rusiya Prezidenti Vladimir Putin Müstəqillik Günü münasibətilə Ermənistan Prezidenti Armen Sərkisyana və baş nazir Nikol Paşinyana təbrik teleqramları göndərib.