İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi keçirdiyi brifinq zamanı deyib ki, Tehran Səudiyyə Ərəbistanındakı neft obyektlərinə husi hücumlarını Yəmənin qanuni hökumətinin müdafiə addımı hesab edir.
Teleqraf.com xəbər verir ki, A.Musəvi deyib:
“İran yəmənlilərin atdığı addımı Yəmənin qanuni hökumətinin müdafiə hərəkətləri hesab edir”.
Qeyd edək ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının şərqindəki “Saudi Aramco” neft emalı zavodlarına dronla edilən hücumların məsuliyyətini yəmənli husi üsyançılar öz üzərinə götürüb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və Yəmənlə döyüşən ərəb koalisiyası İranı krallığın neft obyektlərinə hücum etməkdə günahlandırıb. ABŞ dövlət katibi Mayk Pompeo da İranı ittiham edib.