13 Oktyabr 2019 10:43
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz-Xürrəmşəhr yolunda “Pride” markalı avtomobil “Peugeot” markalı avtomobillə toqquşub.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi məlumat yayıb.

Onun sözlərinə görə, hadisə səhər saat 6:00 radələrində qeydə alınıb.

Yol qəzasında 6 nəfər həlak olub, 3 nəfər yaralanıb.


Müəllif: Teleqraf.com