14 Oktyabr 2019 17:32
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəşər Əsəd ordusu Türkiyə Silahlı Qüvvələri ilə döyüşmək gücündə deyil, onlar kürdlərdən də zəifdir”.

Teleqraf.com xəbər verir ki, bunu türk general Fahri Erenel deyib.

Ehtiyatda olan general Bəşər Əsəd ordusu ilə Türkiyə Silahlı Qüvvələri arasında ehtimal olunan döyüşlərdən danışıb:

“Suriya rejiminin ordusunun sayı Fərat çayının sahillərindəki terrorçulardan daha azdır. Suriya rejiminin ordusu bacarıqsız bir dövlətin qarətçi ordusudur. Türk ordusunun qarşısına çıxmağa cəsarət edə bilməz”.


Müəllif: Mənsur Rəğbətoğlu