NASA kosmos sahəsində Rusiya ilə əməkdaşlıqdan tamamilə imtina etmək niyyətindədir.
Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, bu barədə NASA rəhbəri Çarlz Bolden məlumat verib.
O bildirib ki, rəsmi Vaşinqton 2017-ci ildən başlayaraq Beynəlxalq Kosmik Stansiyasına (BKS) yerli astronavtları göndərməyi planlaşdırır.
Bolden yeni nəsil kosmik gəminin hazırlanması üçün BKS-in Boeing və Spacex şirkətləri ilə anlaşacağını deyib.
Müqavilənin ümumi dəyəri Boeing üçün 4,2 milyard və Spacex üçün isə 2,6 milyard təşkil edəcək.
Qeyd edək ki, yeni nəsil kosmik gəmilərin ixracına 2017-ci ildən başlanılacaq.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.