17 Sentyabr 2014 11:47
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın nüfuzlu mətbu orqanı olan New York Times qəzeti Ankaranın Hacıbayram məhəlləsindən 10 dostu ilə “İraq-Şam İlsam Dövləti” (İŞİD) terror təşkilatına qatılan Can adlı bir türkün heyayəsini çap etdirib.

Teleqraf.com-un Haberturk.com-a istinadən verdiyi xəbərə görə, Can Rakkadakı təhsilin ardından 2 nəfəri vurduğunu, bir edamın icrasına qoşulduğunu, bir nəfəri də diri-diri basdırandan sonra təşkilata tam olaraq qəbul edildiyini söyləyib. Xəbərdə Türkiyədən İŞİD-ə qoşulanlarının sayının 1000 olduğu deyilir. Həyatı boyu narkotik istifadə edən Canın daha sonra peşman olaraq 2 dostu ilə geri döndüyü bildirilib.

Hacıbayramdan İŞİD-ə qatılmaq istəyən başqa adamların olduğuna diqqət çəkilən xəbərdə məhəllə sahibi Arif Akbaşın sözləri də qeyd edilir: “Hər şey uzun, kobud saqqallı bir adamın məhəllədə görünməsi ilə başlayıb. Narkotik düşgünləri məscidə getməyə başladı".

Can döyüşərkən gündə 150 dollar aldıqlarını, döyüşənlərə hər şeyin pulsuz olduğunu, dükan sahiblərinin də terrorçulardan qorduğu üçün pul almadıqlarını deyib.

Xəbərdə Məhəmməd Salif adılı bir şəxsin tez-tez Ankaraya gedərək yeni üzvlərlə qayıtdığı açıqlanır.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif: