Erkən seçkilərə 25 gün qalmış İngiltərə parlamentinin buraxıldığı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, seçkilərin keçiriləcəyi 12 dekabr tarixinədək həm İcmalar Palatası, həm də Lordlar Palatası öz fəaliyyətini dayandıracaq.
İcmalar Palatası Breksit prosesinin ləngiməsi səbəbindən keçən həftə erkən seçkilərə gediləcəyini açıqlamışdı.