12 Noyabr 20:53

Amerika ordusunun Əfqanıstanın şərqində həyata keçirdiyi hava hücumu nəticəsində səhvən Əfqanıstanın dörd əsgəri öldürülüb, altı əsgər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bilayət polisi şöbəsinin sözçüsünün bildirdiyinə görə, insident gecə saatlarında Logar vilayətində Əfqanıstanın təhlükəsizlik qüvvələri ilə Taliban üsyançıları arasında yaranmış qarşıdurma zamanı baş verib.

Şahpur Əhmədzay Amerikanın Səsinə döyüşlərin bazar ertəsi gecə militantların vilayətin paytaxtı Pul-e Əlam yaxınlığındakı təhlükəsizlik məntəqəsinə hücum etməsindən sonra baş verdiyini bildirib.

Əhmədzay Talibanın hücumunun Əfqanıstan Milli Ordusunun ABŞ hava qüvvələrini dəstək üçün çağırmasına səbəb olduğunu və bunun "dost atəşi" ilə nəticələndiyini deyib.​

Birləşmiş Ştatların hərbi qüvvələrinin sözçüsü Amerikanın Səsinə Əfqanıstan qüvvələrinə dəstək məqsədilə ABŞ hava hücumu zamanı Əfqanıstan Milli Ordusunda itkilərin ola bildiyi barədə məlumatlardan xəbərdar olduğunu bildirıb.

Bununla yanaşı, vilayət polisi Pul-e Əlam yaxınlığında xarici hərbi baza yaxınlığında ABŞ hərbi konvoyuna intiharçı hücumunun törədildiyini təsiqləyib.

ABŞ ordusunun sözçüsü bu hücümla bağlı məlumatı təsdiq edib və yalnız avtomobili idarə edən hücumçunun öldüyünü bildirib.


Müəllif: Teleqraf.com