Mərkəzi Afrika Respublikasında bərənin batması nəticəsində 80 nəfər itkin düşüb.
Teleqraf.com-un Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə paytaxt Banguinin cənubunda yerləşən Mpoko çayında baş verib. Nəticədə 100 sərnişini daşıyan bərədən 20 nəfər xilas olub.
Bərənin tutumdan artıq yük götürdüyü üçün batdığı bildirilir.
Qeyd edək ki, ölkədə yüzlərlə insan iş yerinə getmək üçün hər gün Mpoko çayından keçmək məcburiyyətində qalır.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.