21 Noyabr 2019 13:30
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Koreya yarımadasındakı hərbi qüvvələrin geri çəkəcəyi ilə bağlı mediada yayılan məlumata cavab verib.

Teleqraf.com xəbər verir ki, Pentaqonun açıqlamasında bu informasiyaların həqiqəti əks etdirmədiyi bildirilib.

Pentaqonun mətbuat katibi Conatan Hoffman Cənubi Koreya mediasında yayılan məlumatı belə şərh edib:

“Bu məlumatda həqiqət payı yoxdur. Müdafiə Naziri Mark Esper keçən həftə Cənubi Koreyada idi və bu ölkəyə ABŞ-ın öhdəliklərindən danışdı. Belə xəbərlər təhlükəlidir və bir mənbədən alındığı üçün xətalara yol açır”.

Cənubi Koreyada nəşr olunan “İlbo” qəzetində “ABŞ Koreya yarımadasındakı hərbi qüvvələrini çıxarır” başlıqlı məqalə dərc olunub.


Müəllif: Mənsur Rəğbətoğlu