5 Dekabr 2019 13:35
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun quracağı siyasi partiyanın adı dəqiqləşməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, yeni təşkilat üçün Bir Partiya, Birlik və İslahat Partiyası və Bizim Partiya kimi üç variant təklif olunub.

Siyasi analitik Əbdülqədir Səlvi həftənin sonuna qədər Davudoğlunun partiyasının adı və embleminin dəqiqləşəcəyini bildirib.

Təşkilatın embleminin çinar yarpağı olacağını qeyd edən Səlvi ad məsələsinin hələlik müzakirə mövzusu olduğunu vurğulayıb.

Analitik baş nazirin keçmiş müavini Ali Babacanın da partiya quruculuğu işinin yekunlaşmaq üzrə olduğunu qeyd edib. O, Babacanın artıq məsələ ilə əlaqədar Türkiyə Daxili İşlər Nazirliyinə müraciət etdiyini deyib:

“Babacan partiyanı ilin sonuna və ya gələn ilin əvvəlinə qədər təqdim edə bilər”.

O, Ali Babacanın partiyasının adının da hələlik bəlli olmadığını söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu