6 Dekabr 2019 12:16
1 604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Türkiyə ilə S-400 sistemlərinin satışı ilə əlaqədar yeni saziş imzalanacağına dair iddia irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Xidmətinin rəisi Dmitri Şuqayev məlumat yayıb:

“Bu istiqamətdə sistematik işləyirik. Ən əsas, bu sahədə əməkdaşlığı davam etdirmək üçün hər iki tərəf qətiyyət nümayiş etdirir”.

Xatırladaq ki, Türkiyənin Rusiyadan S-400 zenit raket komplekslərini satın alması ABŞ-la münasibətlərdə gərginlik yaradıb.


Müəllif: Nərgiz