11 Dekabr 2019 10:10
1 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə rəsmi Moskvanı gələn il Amerikada keçiriləcək prezident seçkisinə müdaxilə ilə bağlı xəbərdarlıq etdiyi bildirilib.

Teleqraf.com xəbər verir ki, Ağ Ev Vaşinqtonda baş tutan Tramp-Lavrov görüşü haqda məlumat yayıb.

Açıqlamada qeyd olunub ki, Lavrova Rusiyanın seçkiyə müdaxilə ehtimalı ilə bağlı xəbərdarlıq edən ABŞ prezidenti rus diplomatla Rusiya-Ukrayna münaqişəsini müzakirə edib.

Tramp, eyni zamanda Rusiyanı İranın nüvə proqramı və Şimali Koreyanın ballistik raketlərinə qarşı apardığı mübarizəyə dəstək verməyə çağırıb.

Ağ Evdə baş tutan görüş Amerika KİV-lərində “Tramp Putinə xəbərdarlıq etdi” başlığı ilə tirajlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu