12 Dekabr 2019 23:36
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunan hərbçilərin miqrantları qeyri-qanuni yolla Türkiyəyə gətirdiyinə dair şok görüntülər üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, Yunanıstan əsgərlərinin qaçaq yolla miqrantları Türkiyəyə gətirib qaçdıqları anlar anbaan kameralara düşüb.

Yunanıstanın Avropaya keçmək istəyən immiqrantları Türkiyə sərhədinə daşıması Qərb mediasında ajiotaj yaradıb.

Qayıqlarda çoxlu sayda qadın və uşaq miqrantlar yunanlar tərəfindən Türkiyə ərazisində düşürülüb.


Müəllif: Nərgiz