13 Dekabr 2019 15:35
3 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son bir il yarım ərzində Ermənistan ordusu üçün görünməmiş miqdarda silah əldə edilib”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyinin bir nömrəli qarantı Ermənistan Silahlı Qüvvələridir:

“Bu baxımdan, son bir il yarım ərzində əvvəlki illərlə müqayisədə misli görünməmiş miqdarda silah əldə edilməsini vacib hesab edirəm. Ermənistanın bu silahlara müharibə üçün deyil, sülh üçün ehtiyac duyduğunu vurğulayıb”.

Bu, “Qarabağ Ermənistandır” bəyanatı ilə beynəlxalq ictimaiyyət qarşısında ölkəsinin işğalçı olduğunu elan edən Paşinyanın növbəti etirafıdır. Baş nazir açır formada etiraf edir ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə məhz Ermənistan ordusu nəzarət edir.


Müəllif: Mənsur Rəğbətoğlu