14 Dekabr 2019 21:14
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtalyan rəssam Maurizio Cattelanın əsəri Parisdəki müasir sənət qalereyası “Perrotin” tərəfindən satışa çıxarılıb.

Teleqraf.com xəbər verir ki, qalereya Maurizionun bu işinin 15 ildə sənət sərgisinə etdiyi ilk töhfə olduğunu söyləyib.

"Komediya" adlı sənət əsəri banan və yapışdırıcı lentdən ibarətdir.

Satışdan əvvəl qalereyanın qurucusu Emmanuel Perrotin banan parçasının yumor məhsulu olduğunu söyləyib.

Alıcılar isə banan xarab olduqda nə ediləcəyinə dair təlimat olmadığını vurğulayıblar.

“Perrotin” qalereyasından verilən məlumata görə, rəssam bir il əvvəl bu fikri tapıb.


Müəllif: Aysel Azad