15 Dekabr 2019 18:46
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın dənizkənarı şəhərlərindən biri olan Brindizidə İkinci Dünya müharibəsi zamanı basdırılmış və Böyük Britaniyaya məxsus 40 kiloqramlıq dinamit yatağı aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, dekabrın 15-də şəhər rəhbərliyi və ölkənin təhlükəsizlik orqanlarının qərarı ilə şəhər əhalisinin yarıdan çoxu, 50 mindən çox insan təcili evakuasiya olunub.

Bomba mütəxəssisləri tapıntını çıxararaq zərərsizləşdiriblər. Bu hadisə İtaliya tarixində İkinci Dünya müharibəsindən sonra ikinci belə böyük əməliyyatdır.
Sözügedən bomba müharibə zamanı Böyük Britaniya hərbi qüvvələri tərəfindən atılıb.

O, şəhər kinoteatrının yenidən qurulması zamanı təsadüfən aşkarlanıb. Çıxarılmış dinamitlər 3 gün sonra xüsusi ayrılmış ərazidə partladılacaq.


Müəllif: Teleqraf.com