22 Sentyabr 2014 10:32
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Malatya şəhərinin Hekimhan rayonunda mikroavtobusun aşması nəticəsində 6 nəfər ölüb, 4 nəfər yaralanıb.

Teleqraf.com-un Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, mikroavtobus Sivas-Malatya avtomobil yolunun Kangal-Hekimhan hissəsindəki Yeşilkale məhəlləsində qəzaya uğrayıb.
Yaralılar dərhal Hekimhan dövlət xəstəxanasına aparılıb. Ölənlərin şəxsiyyətinin dəqiqləşdirilməsi üzərində işlər davam etdirilir.

Maşında olan şəxslərin Amasiyada toydan qayıtdıqları qeyd edilib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif: