3 Yanvar 2020 11:56
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın ali dini lideri Əli Xameneyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının generalı Qasım Süleymaninin öldürülməsinə görə qisas alınacağı ilə təhdid edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Əli Süleymaninin, eləcə də digər şəhidlərin qanına batanları amansız qisas gözləyir”, – deyə agentlik ali dini liderin bəyanatından sitat gətirir.

Qeyd edək ki, Pentaqon Qasım Süleymaninin ABŞ-ın əməliyyatı zamanı İraqda öldürüldüyünü təsdiqləyib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Q.Süleymaninin öldürülməsini “beynəlxalq terror aktı” adlandırıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər