“Özbəkistanın Avrasiya İqtisadi Birliyinə qoşulması maraqlarımıza cavab verir”.
Teleqraf.com xəbər verir ki, bunu Bunu Özbəkistan Prezidenti yanında İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzinin direktoru Obid Hakimov deyib.
Onun sözlərinə görə, Özbəkistanın birliyə daxil olması özbək məhsullarının Birlik ölkələrinin bazarlarına çıxmasına maneələri və ixracatçılar üçün əlaqəli xərcləri xeyli azalda bilər.
Hakimov qeyd edib ki, iqtisadi məqsədəuyğunluq baxımından, Avrasiya Birliyində iştirak Özbəkistan biznesi üçün faydalıdır: “Özbəkistan birliyə daxil olacağı təqdirdə, özbək istehsalçıları birlik ölkələrinin bazarına bərabər çıxış əldə edəcək, əmək miqrantları üçün bərabər şərait yaradılacaq və Rusiyanın investisiya qaynaqları və texnologiyalarına çıxış əldə ediləcək”.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2019-cu ilin payızında ölkənin Avrasiya İqtisadi Birliyinə daxil olması məsələsini həll etməyi tapşırıb. Qeyd edilir ki, Daşkənd üçün fayda və mümkün risklərin təhlili yaxın gələcəkdə başa çatdırıla bilər.
Hazırda Avrasiya İqtisadi Birliyinə 5 ölkə üzvdür: Rusiya, Qırğızıstan, Belarus, Qazaxıstan və Ermənistan. Birliyin potensial üzvü olan Özbəkistanın isə ittifaq ölkəsi Ermənistanla diplomatik münasibətləri yoxdur. Özbəkistanın İrəvanda səfirliyi fəaliyyət göstərmir.