13 Yanvar 2020 14:37
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranda hakimiyyət və xalq arasında dərinləşən bir çatın yarandığını müşahidə edirik”.

Teleqraf.com xəbər verir ki, bunu İranın Xalq İttifaqı partiyasının səri Əli Şəkurirad deyib.

Şəkurirad ölkədəki mövcud siyasi idarəetmə sistemi qalacağı halda, vəziyyətin daha da kritik hal alacağını bildirib:

“Xalq və hakimiyyətin arası çox açılıb, günbəgün dərinləşən bir çatın yarandığına şahidlik edirik”.

Partiya sədri İran hakimiyyətinin Ukrayna təyyarəsinin raketlə vurulması faktını üç gün gizlətməsinə də etiraz edib:

“Kimin təyyarəni raketlə hansı niyyətli vurduğunu ört-basdır etməsini başa düşmürəm. Bu, İran rejiminin üzünə “kislota” tökməkdir və asan düzəldiləcək bir vəziyyət deyil. Yeganə çıxış yolu idarəetmə metodunu dəyişdirməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər