21 Yanvar 2020 18:42
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq etməyə çağırıb.

Teleqraf.com xatırladır ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) hazırda İsrailin Fələstində hərbi cinayətlərini araşdırır.

Baş nazirin media ofisindən verilən açıqlamaya görə, Netanyahu ABŞ-ın TBN televiziya kanalına verdiyi açıqlamasında işğal altındalı qərbi Şeria və şərqi Qüdsün, elcə də Qəzzada yol verilən hərbi cinayətlərlə bağlı İsrailə qarşı araşdırma aparan BCM-ni sərt tənqid edib.

Netanyahu qurumun demokratiya və yəhudi halqının İsraildə yaşamaq haqqına qarşı “hücum vəziyyətində” olduğunu iddia edərək hər kəsin buna qarşı çıxmasını gərəkli bilib: “İzləyicilərin də eyni addım atmasını istəyirəm. BCM və onun rəsmilərinə, prokurorlarına qarşı sərt addımlar, sanksiyalar tətbiqini tələb etməlidirlər”.

BCM prokuroru Fatou Bunsouda 2019-cu ilin 20 dekabrında bəyan edib ki, İsrailin yol verdiyi hərbi cinayətlərlə bağlı araşdırma başlatmaq niyyətindədir.


Müəllif: Cavad

Oxşar xəbərlər