Bolqarıstanla Rusiya arasında casus qalmaqalı böyüyür.
Teleqraf.com xəbər verir ki, Bolqarıstan xarici işlər naziri Yekatrina Zaxariyeva ölkədəki iki rus diplomatını deportasiya ediləcəyini açıqlayıb.
Mətbuat konfransı keçirən nazir Rusiya səfirliyinə nota veriləcəyini və iki rus diplomatını arzuedilməz şəxs elan olunacağını bəyan edib.
Qeyd edək ki, Bolqarstan prokurorları ölkədəki rus diplomatların casusluq fəaliyyətiə dair açıqlama verib. Ancaq onların diplomatik toxunulmazlığı olduğu üçün həbs edilmələri mümkün olmayıb.