Rusiyada bir ata azyaşlı qızını internet üzərindən satışa çıxarıb.
Teleqraf.com xəbər verir ki, Çelyabinsk şəhərindən olan Vyaçeslav adlı şəxs bu məqsədlə saytda elan yerləşdirib.
Elanda fotolarını paylaşdığı 5 yaşlı qızının adının “Maşa” olduğunu bildirib. Ata qızına 5 min rubl qiymət müəyyən edib.
Qızını satın almaq istəyənlərlə şəhərin mərkəzində görüşə biləcəyini və “Maşa”nı pulu alıb dərhal təslim edəcəyini yazıb. Lakin olaya müdaxilə edən polis bu çirkin əmələ imza atan atanı saxlayıb.
Həmin şəxs “insan ticarəti” ittihamı ilə məhkəmədə mühakimə olunacaq.
Olay sosial şəbəkələrdə etirazlara səbəb olub.